Sibel Can boşandığı əri ilə barışıb
25 yanvar 2011 18:13 (UTC +04:00)

Sibel Can boşandığı əri ilə barışıb

Münasibətlərinə 2 il əvvəl son qoyan və keçən ilin sentyabrında rəsmi olaraq ayrılan müğənni Sibel Can və keçmiş əri Sulhi Aksüt yenidən birlikdə olmağa qərar verib.

Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, cütlüyü övladları Emir bir araya gətirir.

Qeyd edək ki, bir müddət əvvəl Sibel Canın öncəki əri Hakan Uraldan dünyaya gəlmiş övladları Engincan və Melissa bir ara bu duruma etiraz olaraq analarını tərk edib, atalarının yanına gediblər. Melissa Sibel Canın təzyiqi ilə evə tez dönsə də, Engincanın etirazı daha uzun sürüb. Ancaq maddi imkanlarının tükənməsi ilə keçən ay o da anasının yanına qayıdıb.

Sbiel Can və Sulhi Aksüt arasındaki buzların yenidən birlikdə olmağa qərar verməsinə də ilk etiraz edən Engincan olub. Sibel Can bu dəfə təmkinli davranıb və oğluna keçmiş əri Sülhi Aksütlə barışmasının səbəbini izah edib. Engincan anasının istəyini bir şərtlə qəbul edib. Engincan artıq Sülhi Aksütlə bir evdə yaşamaq istəmədiyi üçün ayrı bir evdə yaşamaq istədiyini bildirib və Sibel Can da onun üçün kirayə ev tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242

Oxşar yazılar