Natəvan Həbibi barışıq əlini uzatdı
21 yanvar 2011 15:17 (UTC +04:00)

Natəvan Həbibi barışıq əlini uzatdı

“Mən mətbuata küskün deyiləm, haqqımda yazılan bəzi yazıların əleyhinəyəm. Son vaxtlar informasiya saytlarının altında yerləşdirilən şərhlər və tədbirlərdə çəkilən fotolara dair jurnalist rəyləri məni bir az hövsələdən çıxarır. Lakin bu məsələni demək olar ki, mətbuat işçiləri ilə öz aramızda həll etmişik. Artıq mətbuat nümayəndələri ilə çox gözəl münasibətlərimiz var”.


Bu açıqlamanı Lent.az-a müğənni Natəvan Həbibi verib. Natəvan Həbibi qeyd edib ki, yaxın günlərdə yaradıcılığı ilə bağlı Rusiyaya səfər edəcək: “Qayıdandan sonra geniş məlumat verəcəyəm”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar