Aşiq maralı «vurulduğu» inəkdən insanlar ayırıb
Kanadanın Britaniya Kolumbiyası əyalətində maralın bir inəyə «vurulması» və onu əldə etmək üçün ciddi-cəhd etməsi onu müşahidə edənlərin diqqəti və marağından yayınmayıb.
Lent.za-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Canadian Press» yazıb.
İnəyin sahibi yerli fermer Qreq Messnerin sözlərinə əsasən, bir neçə il öncə maral örüşə tez-tez gəlməyə başlayıb. Onun bir inəyə «vurulduğu» bəlli olub. O, «vurulduğu» inəyin «ürəyini ələ almaq üçün» balasına da qulluq edirmiş. Baş verənləri izləyən fermer bildirib ki, bu lap böyüklər üçün filmə oxşayırdı.
Sonra bu «sevgi məcarası» yaxınlıqdakı insanların da marağına səbəb olub. Bir çoxları bu adi olmayan «cütlüyün» fotosunu belə çəkib. Maralın örüşə gəlməsi ovçuların da marağına səbəb olub. Onlar buynuzuna görə həmin maralı ovlamaq istəyib.
Vəziyyəti belə görən fermer Qreq Messner ətraf mühiti mühafizə idarəsinə yardım üçün müraciət edib. Qurumun əməkdaşları maralı tutub, ovçuları cəlb etməmək üçün buynuzunu kəsdikdən sonra onu vurulduğu inəyin otladığı örüşdən 20 kilometr uzağa, dağlara aparıblar.
Bununla belə Messner ehtimal edir ki, 2013-cü ildə, yeni il maral qayıdacaq.

Oxşar yazılar

Tom Kruz necə bu qədər cavan qalıb? - Pəhrizi AÇIQLANDI
19 iyul 2025 , 18:18
Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26