Yol idarəsinin əməkdaşı özünü öldürdü -  TƏFƏRRÜAT
15 fevral 2021 11:05 (UTC +04:00)

Yol idarəsinin əməkdaşı özünü öldürdü - TƏFƏRRÜAT

Göygöldə 26 yaşlı gənc oğlanın intiharı ilə bağlı bir sıra təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında həyətdəki yarımtikilidən özünü asan Xaqani kənd sakini Elnur Məmmədov yol idarəsinin əməkdaşı olub. Subay olan 26 yaşlı gənc evin tək oğlu idi.

Əldə etdiyimiz məlumata görə, E.Məmmədovun kənddə heç kimlə problemi olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.

Hazırda hadisə yerində prokurorluq əməkdaşları istintaq araşdırmaları aparır. Meyit yoxlanılması üçün məhkəmə-tibbi ekspertizasının yerli şöbəsinə göndərilib.

# 2859
avatar

Mehman Nəbiyev

Oxşar yazılar