Maşın oğurlayan Ceyhun Nəsirov
05 mart 2021 11:00 (UTC +04:00)

Maşın oğurlayan Ceyhun Nəsirov

Silsilə avtomobil oğurlayan şəhər sakini tutuldu -FOTO

Mingəçevirdə bir gündə 4 avtomobil qaçıran keçmiş məhkum saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Mingəçevirdə üç “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə Polis Şöbəsinə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, şəhər sakini Ceyhun Nəsirov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun daha bir eyni markalı avtomobili isə Yevlax rayonu ərazisindən qaçırdığı müəyyən olunub. Belə ki, C.Nəsirov Mingəçevir şəhərindən oğurladığı avtomobil ilə Yevlax rayonu Xaldan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yararsız hala salıb. Mingəçevirə qayıtmaq üçün isə növbəti cinayət əməlini reallaşdıraraq orada olan başqa bir “VAZ 2106” markalı avtomobili qaçırıb. Saxlanılan şəxs ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu bildirib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 1593
avatar

Mehman Nəbiyev

Oxşar yazılar