Quli ləqəbli "qanuni oğru" Nadir Səlifov
08 mart 2021 19:11 (UTC +04:00)

Quli ləqəbli "qanuni oğru" Nadir Səlifov

Qulinin düşmənlərindən birinin qardaşı tutuldu

Abxaziyada saxlanılan özünü “Donetsk Xalq Respublikası”nın (DXR) qəhrəmanı elan edən, keçmiş "Pyatnaşka" beynəlxalq briqadasının komandiri Axra Avidzba Azərbaycanın əsas “qanuni oğru”su Quli ləqəbli mərhum Nadir Səlifovla əlaqəsi olub.

Lent.az xəbər verir ki, bununla bağlı bu məlumat “Qafqazskoro uzla”dakı ("Qafqaz Düyünü") məqalədə açıqlanıb.

Qeyd edilir ki, saxlanılan komandir kriminal avtoritet Alxas Avidzbanın qardaşıdır. O, öz növbəsində Qulinin düşməni olub. 

Məqalədə vurğulanır ki, Avidzbanun guya Abxaziyanın kriminal avtoritetlərinin çoxu ilə, o cümlədən “qanuni oğru” Merab Canqveladzenin klanının nümayəndələri ilə münaqişə edib. Onun eyni zamanda Alxas Aqrba və Tenqiz Lakerbayla da fikir ayrılığı olduğu bildirilir. 

Qondarma Abxaziya Respublikası prezidentinin beynəlxalq məsələlər üzrə keçmiş köməkçisi Axra Avidzba və onun mühafizəsinin əməkdaşları martın 4-də gecə saxlanılıblar. 

Məlumata görə, onun Suxumi rayonun, Qumosta kəndində yaşadığı yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları orijinal qablaşdırmada və toplu şəkildə patronlar, tank əleyhinə əl qumbaraları, yüngül pulemyotlar və içərisi dolu kəmərli pulemyot sandıqcası, Rusiya və xarici ölkələrə məxsus silahlar, tapançalar, xüsusi avadanlıq və radioötürücülər aşkar ediblər.

Avidzba 2014-cü ildən 2016-cı ilədək “Donetsk Xalq Respublikası” “Xalq milisi”nin bir neçə dəstəsinə komanirlik edib. Ilovaysk və debaltsevodakı döyüşlərdə fəal iştirak edib, buna görə qondarma respublikanın qəhrəmanı adına layiq görülüb.

Xatırladaq ki, Quli 2020-ci il avqustun 20-də İstanbulda güllələnərək qətlə yetirilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3534
avatar

Oxşar yazılar