Bakı Apelyasiya Məhkəməsində 7 qadına qarşı dələduzluq edən Viktoriya İskəndərovanın şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, martın 4-də hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi rayon Məhkəməsinin verdiyi qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 53 yaşlı V.İskəndərova biznes qurmaq adı ilə 7 qadının külli miqdarda pul və qızıllarını əlindən alaraq, ölkədən qaçıb. Beynəlxalq axtarışa verilən V.İskəndərova 2019-cu ilin oktyabr ayında Belarusda saxlanılaraq, Azərbaycana ekstradisiya olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.