Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, fevralın 17-də saat 8 radələrində Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində şəhər sakini Şakir Quliyevin burun nahiyəsində əzilmiş-sıyrılmış xəsarət olan meyitinin tapılması barədə 3-cü Polis Bölməsinə məlumat daxil olub.
Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Ş.Quliyevin “QAZ-33021” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Ş.Orucov şübhəli şəxs qismində saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.