Ötən illərdən bağlı qalmış cinayətlərin açılmasının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il baş vermiş iki oğurluq faktının açılması təmin edilib.
Belə ki, rayonun Gərmətük qəsəbəsində yerləşən iki yaşayış evindən ümumilikdə 3 440 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyalarını oğurlayan şəxsin Lənkəran rayon sakini, yaşayış evindən oğurluq etdiyinə görə saxlanılmış Mirhüseyn Hacızadənin olduğu müəyyən edilib.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.