Ötən gün yol qəzalarında  4 nəfər ölüb
24 noyabr 2022 10:38 (UTC +04:00)

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Noyabrın 23-də ölkədə qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

# 2076
avatar

Sevinc Fərid

Oxşar yazılar