Bakıda qadına qarşı soyğunçuluq hadisəsi baş verib.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinə müraciət edən Mərdəkan qəsəbə sakini M.Bayramova martın 6-da qəsəbə ərazisində bir nəfərin ona zor tətbiq edib içərisində 50 manat pul, mobil telefon və sənəd olan çantasını aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.