Keçmiş məhkum intiqam almaq üçün qonşularını öldürdü - MƏHKƏMƏ
05 mart 2021 10:47 (UTC +04:00)

Keçmiş məhkum intiqam almaq üçün qonşularını öldürdü - MƏHKƏMƏ

Şabranda ana və oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxs martın 5-də hakim qarşısına çıxarılacaq.

Lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.10, 221.3, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinən Şabran rayon sakini Nahid İslamov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində qərar veriləcək. Proses hakim Cavid Hüseynovun sədrliyi baş tutacaq.

Qeyd edək ki, hadisə 2020-ci il aprelin 11-də Şabranın Zeyvə kəndində baş verib. 35 yaşlı N.İsmalıyov həmkəndliləri 57 yaşlı İstək Mahmudova və onun oğlu 37 yaşlı Məhəbbət Məmmədovu ov tüfəngi ilə güllələyərək qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur. Belə ki, 11 il əvvəl həyat yoldaşını öldürən N.İslamov onu qonşusu olan Məhəbbət Məmmədova qısqanıbmış. Onun növbəti qətl hadisəsini də məhz həbsdən çıxandan sonra törətdiyi bildirilir. Nahid ana və oğulu öldürəndən sonra qaçıb gizlənib.

Lakin həmin gün gecə saatlarında o, saxlanılaraq istintaq orqanına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Mehman Nəbiyev

Oxşar yazılar