"İdeal"ın keçmiş sahibinin şikayəti təmin olunmadı
26 aprel 2022 20:54 (UTC +04:00)

"İdeal"ın keçmiş sahibinin şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun şikayəti ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hakim Cavid Hüseynin sədrlik etdiyi iclasda elan olunmuş qərara əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki,  İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.

Təqsirləndirlilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Təqsirləndirlilən şəxs hökmdən narazı qalaraq  apellyasiya şikayəti vermişdi.
 

# 1950
avatar

Oxşar yazılar