Dilənçi qadınlar qızıl oğurladılar -  FOTO
15 fevral 2021 11:12 (UTC +04:00)

Dilənçi qadınlar qızıl oğurladılar - FOTO

Balakən rayonunun Gərəkli kəndində evlərin birindən qızıl-zinət əşyaları və pul oğurlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları hadisə yerinə baxış keçirib. Ev sahibinə məxsus müxtəlif qızıl-zinət əşyalarının və 250 manat pulun oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədənlərin Yevlax rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar - Təranə Koldar və Bəsti Nadirova olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Araşdırma zamanı məlum olub ki, dilənçiliklə məşğul olan həmin qadınlar evdə heç kimin olmamasından istifadə edərək ora daxil olublar, pulu və qızılları götürərək uzaqlaşıblar. Oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

# 1590
avatar

Mehman Nəbiyev

Oxşar yazılar