Bərdə rayonu, Türkmən kəndindəki evdən martın 7-də oğurluqda şübhəli bilinən Bərdə rayon sakinləri - Nicat Mehdiyev, əvvəllər məhkum edilmişlər Aqil Əliyev, Əliş Mirzəzadə, Dünyamin Məmmədov saxlanılaraq istintiqa cəlb olunublar.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, oğurluqda şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Araşdırmalarla onların 6 ədəd avtomobil akkumulyatoru, 1 ədəd qızıl qolbağı, 1 ədəd televizor və kondisioner oğurlamaqla zərərçəkmiş şəxsə 4 min manat civarında ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.