Bakıda qardaşını öldürən şəxs HAKİM QARŞISINDA
10 mart 2021 09:30 (UTC +04:00)

Bakıda qardaşını öldürən şəxs HAKİM QARŞISINDA

Bakıda qardaşını öldürən Elvin Eynullayevin cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib.

Xatırladaq ki,  ötən il avqustun 8-də saat 9 radələrində Suraxanı rayonu ərazisində Səfa Eynullayevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qardaşı Elvin Eynullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Elvin Eynullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Mehman Nəbiyev

Oxşar yazılar