Bakıda qadına qarşı soyğunçuluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, martın 3-də Bakı şəhər sakini N.Mahmudovaya zor tətbiq edilərək içərisində 220 manat pul, bank kartı və mobil telefon olan sellofan paketi soyğunçuluq yolu ilə talanıb.
Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Manafov saxlanılıb.