Şahin Səmədli və oğlu Şəhriyar
18 noyabr 2022 13:39 (UTC +04:00)

Şahin Səmədli və oğlu Şəhriyar

Bakıda özünü asan tələbənin atasından ŞOK İDDİA: "sifarişlə..."

Bakıda yüksək balla universitetə qəbul olan Şəhriyar Səmədovun intihar etməsi ilə bağlı xəbər vermişdik.

Lent.az xəbər verir ki, mərhum tələbənin atası Şahin Səmədli oğlunun intihar etmədiyini və onun sifarişlə öldürüldüyünü iddia edib. O bildirib ki, oğlu xaricdə magistratura təhsili almağa hazırlaşırmış:

“Mənim oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu. Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olub. 2019 -cu ildə buraxılış imtahanından maksimum 300 bal toplayıb. Yaşının az olmasına baxmayaraq, öz istedadı və savadı ilə tanınırdı.

Onun oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapıldı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyirdi. Yəni, onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın? İntihar etdiyi gün fakültənin dekanlığından praktika üçün arayış alıb.

Xaricdə magistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçdi. İkincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportu götürmək üçün “Asan Xidmət”ə müraciət etmişdi. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etsin?”.

Şəhriyar Səmədov

Şahin Səmədli qeyd edib ki, oğlunun intihar etməsinə inanmır:

"Övladımın intihar etməsi çox şübhəlidir. Ola bilər ki, onu sifarişlə aradan götürüblər, ya da qorxudub intihara sürükləyiblər".

Tələbənin atası istintaq orqanlarına üz tutaraq, oğlunun ölümünün obyektiv və düzgün araşdırılmasını xahiş edib.

Qeyd edək ki, 19 yaşlı Masallı rayon sakini Şəhriyar Səmədli oktyabrın 6-da gecə saatlarında Nizami rayonunda kirayə yaşadığı evdə özünü asıb. Atası Şahin Səmədli pedaqoji fəaliyyətlə məşğuldur.

Şəhriyarın məzarı

# 8166
avatar

Mehman Nəbiyev

Oxşar yazılar