Bakıda məktəbli anasını BELƏ ÖLDÜRDÜ  - ANBAAN VİDEO
20 aprel 2022 17:50 (UTC +04:00)

Bakıda məktəbli anasını BELƏ ÖLDÜRDÜ - ANBAAN VİDEO

Bakıda məktəblinin anasını öldürmə anının görüntüləri yayılıb. 

Lent.az xəbərə həmin görüntüləri əlavə edib.

***

saat 15:22

Prokurorluq Bakıda məktəblinin anasını öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Nizami rayon Prokurorluğundan Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmova bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

saat 14:24

Bakıda anasını öldürən məktəbli olub. 

Lent.az qətlə yetirilən ananın və hadisəni törədən uşağın kimliyini öyrənib. 

Məlum olub ki, 15 yaşlı İdeal Məmmədzadə anası, 37 yaşlı Ülviyyə İsmayılovanı bıçaqlayaraq öldürüb. 

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. 

Hadisə yerindən bıçaq və yeyiyetmənin məktəbli çantası götürülüb. 

Lent.az hadisə yerindən fotonu təqdim edir: 

***

saat 14:07

Bakıda törədilən qətlin üstü açılıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, qadın oğlu tərəfindən qətlə yetirilib. O hadisə yerindən qaçsa da polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

***

saat 13:18

Bakıda dəhşətli qətl törədilib. 

Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Bakı metrosunun "Neftçilər" stansiyası yaxınlığında qeydə alınıb. 

Şəxsiyyəti hələlik məlum olmayan 50-55 yaşlarında qadın bıçaqlanaraq öldürülüb. 

Hadisənin motivi hələlik məlum deyil. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. 

# 27273
avatar

Mehman Nəbiyev

Oxşar yazılar