Bakıda partlayıcı maddə aşkarlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini F.Lazımovun idarə etdiyi “Saipa” markalı avtomobilə baxış zamanı oradan “F-1” markalı qumbara, “UZRQM” tipli partlayıcı və oyuncaq tapança aşkar edilərək götürülüb.