Bakıda daha bir qətl, 34 yaşlı kişini..
15 fevral 2021 12:24 (UTC +04:00)

Bakıda daha bir qətl, 34 yaşlı kişini..

Fevralın 15-də saat 05 radələrində Xətai rayon ərazisində 34 yaşlı Xankərimov İsmayıl Xankərim oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirir.

# 2175
avatar

Mehman Nəbiyev

Oxşar yazılar