Bacı-qardaşı aldadıb 92 min manatını almışdı: Məhkəməsi olacaq...
09 mart 2021 12:01 (UTC +04:00)

Bacı-qardaşı aldadıb 92 min manatını almışdı: Məhkəməsi olacaq...

Yevlaxda bacı-qardaşa qarşı 92 min manatlıq dələduzluq etməkdə təqsirli bilinən Fərman Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında ibtidai istintaqla Yevlax şəhər sakini 48 yaşlı Fərman Paşayevin Elmira Sadıqovaya məxsus 11 min manat pulu və təkrarən Əkbər İsmayılova məxsus 81 min 900 manat məbləğində pulu onların etibarından istifadə edərək dələduzluq yolu ilə qəsdən ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Fərman Paşayevin əməli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Mehman Nəbiyev

Oxşar yazılar