Azərbaycanda qadını işgəncə ilə öldürənlər tutuldu
26 fevral 2021 15:07 (UTC +04:00)

Azərbaycanda qadını işgəncə ilə öldürənlər tutuldu

Şirvanda fevralın əvvəlində qətl törədən şəxslər tutulub.

Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, xəbər verildiyi kimi, fevralın 5-də səhər saatlarında şəhər ərazisində 52 yaşlı Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin skoçla bağlı vəziyyətdə meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin təfərrüatlarının və cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi məqsədilə prokurorluq və polis əməkdaşlarının keçirdiyi intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstünün açılması təmin edilərək Durna Dadaşovanı qəsdən öldürməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar. 

İstintaqla 28 yaşlı Surxay Seyfullayevin tanışı 33 yaşlı Elçin Əhədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında fevralın 4-dən 5-ə keçən gecə saatlarında tamah məqsədi ilə E.Əhədovun qonşusu Durna Dadaşovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Surxay Seyfullayev və Elçin Əhədov şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar. 

Prokurorluq və polis əməkdaşları tərəfindən Elçin Əhədovun yaşadığı evə baxış keçirilmiş, onun evindən D.Dadaşovanın mənzilində olmuş müşahidə kamerasının yaddaş aparatı və digər maddi sübutlar aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

# 2610
avatar

Mehman Nəbiyev

Oxşar yazılar