Azərbaycanda AİLƏ FACİƏSİ:   Arvadını öldürüb intihar etdi
18 iyun 2022 11:05 (UTC +04:00)

Azərbaycanda AİLƏ FACİƏSİ: Arvadını öldürüb intihar etdi

İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli rayon prokurorluğunun Məlumatı

İmişli rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranan münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

08:18

 

İmişli sakini arvadını bıçaqlayaraq öldürüb   

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb. 

Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib. 

Onların birgə nigahdan bir övladları var. 

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.

# 4611
avatar

Oxşar yazılar