
Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarı bu tarixdə yola salınacaq
“Bakı-Tbilisi-Qars dəmir yolunun nəqletmə perspektivləri olduqca böyükdür.”
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya deyib. O bildirib ki, dəmir yolu xətti Çin və Avropanı birləşdirəcək: “Bakı-Tbilisi-Qars dəmir yolu bütün növ yüklər üçün nəzərdə tutulacaq və artıq Qazaxıstandan Türkiyəyə yük konteynerlərinin daşınması ilə bağlı təkliflər var”.
Nazirin sözlərinə görə, dəmir yolu Gürcüstanın limanları üçün rəqib olmayacaq.
“Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze isə deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarının təxminən 2 aydan sonra yola düşməsi gözlənilir: “Türkiyə və Azərbaycandan olan həmkarlarımızla çalışacağıq ki, buna nail olaq. Sərnişinlərə gəlincə, bunun üçün əlavə infrastruktur işləri başa çatdırılmalı və yeni qatarlar alınmalıdır”.
Qeyd edək ki, bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolunda aparılmış işlərlə tanış olublar.
Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30