"Bakcell" xidmətlərində yaranmış fasilə ilə bağlı əlavə məlumat verdi®
23 sentyabr 2022 17:27 (UTC +04:00)

"Bakcell" xidmətlərində yaranmış fasilə ilə bağlı əlavə məlumat verdi®

Məlum olduğu kimi, sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində "Bakcell" xidmətlərindən istifadə etmək mümkün olmayıb.

"Bakcell" şirkəti bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir.

21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə "Nokia" ilə birlikdə aparılan genişmiqyaslı moderinizasiya işləri ilə bağlı olub. 

Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb.

Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik.

# 1431
avatar

Oxşar yazılar