"Azəriqaz"ın rəhbəri Masallı rayonunda vətəndaşlarla görüşdü -  FOTO
25 aprel 2022 18:11 (UTC +04:00)

"Azəriqaz"ın rəhbəri Masallı rayonunda vətəndaşlarla görüşdü - FOTO

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Masallı rayonunda vətəndaşlarla görüşüb. 

Lent.az xəbər verir ki, qəbulda birlik rəhbəri ilə yanaşı, Lənkəran Regional qaz istismarı idarəsinin, Masallı xidmət sahəsinin rəhbər şəxsləri iştirak ediblər. Görüşdə Lənkəran Regional qaz istismarı idarəsinin xidmət sahələrindən olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və digər məsələlərə toxunulub.

 "Azəriqaz"ın baş direktoru qəbula gələn 50-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Lənkəran Regional qaz istismarı idarəsinin və Masallı xidmət sahəsinin struktur rəhbərlərinə müvafiq tapşırıq verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. 

Birliyin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara yaradılan şəraitə görə Birlik rəhbərinə təşəkkür ediblər. 

Məlumat üçün bildirək ki, bundan sonra da mütamadi olaraq ayrı-ayrı regionlarda vətəndaşlarla görüşlər keçiriləcək.

# 1248
avatar

Oxşar yazılar