Aviqdor Liberman
24 aprel 2022 12:40 (UTC +04:00)

Aviqdor Liberman

Aviqdor Liberman Azərbaycana gəlir: Mühüm sazişlər imzalanacaq

İsrailin maliyyə naziri Aviqdor Liberman yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bu gün Azərbaycana gəlir.

Lent.az xəbər verir ki, bu barədə Ynet saytı məlumat yayıb.

Səfər zamanı İsrail nümayəndə heyəti üç məsələni müzakirə etməyi planlaşdırır:

- Azərbaycan neftinin İsrailə idxalı (indiyə qədər Rusiya İsrailin ən böyük neft məhsulları tədarükçüsü idi, indi isə Azərbaycandan tədarük etmək qərara alınıb);

- Dizel avtomobilləri - yük maşınları və avtobuslar üçün istifadə olunan karbamid idxalı. (karbamid bütün Avro 4 və Avro 5 dizel mühərriklərində istifadə olunan xüsusi kimyəvi maddədir;

- Buğda idxalı (vesty.co.il xəbər verir ki, indiyədək bu növ məhsulun İsrailə idxalının 30%-i Rusiya və Ukraynanın payına düşüb).

Qeyd olunur ki, imzalanacaq sazişlər ən qısa zamanda həyata keçiriləcək./haqqin.az

# 2481
avatar

Oxşar yazılar