ARDNŞ Qazaxıstan, Rusiya və Avropada şirkətlər alacaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyəyə 7 ildə 17 milyard dollar sərmayə yatırmağı planlaşdırır. APA-nın «İhlas» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Bursa Ticarət və Sənaye Palatası tərəfindən keçirilmiş tədbirdə «Petkim»in satış və ixracat şöbəsinin müdiri Sakit Səmədov bildirib.
ARDNŞ-in Türkiyəyə yeni sərmayələr yatırmağa hazırlaşdığını deyən S. Səmədovun sözlərinə görə, bu imkanlar hesabına Türkiyənin neft-kimya sektorunda mühüm böyümə olacaq.
“Buraya liman, yeni neftayırma zavodu, yeni neft-kimya müəssisələri və hələ açıqlamadığımız bəzi layihələr daxildir. Qarşıdakı aylarda yeni neftayırma zavodunun yüksək səviyyəli rəsmilərin iştirakı ilə təməlqoymasını keçirəcəyik. «Petkim»in bəzi müəssisələrində istehsal artımları da olacaq», - deyə şirkət rəsmisi əlavə edib.
Azərbaycanda 20 milyard dollarlıq yeni sərmayə proqramının olduğunu deyən S. Səmədov ARDNŞ-in eyni zamanda Qazaxıstan, Rusiya və Avropada bir neçə şirkəti satın alaraq, bu sahədə əhəmiyyətli nəticələr əldə etməyi hədəflədiyini vurğulayıb.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28