Vergilər Nazirliyində 106 cinayət işi başlanıb
Bu ilin I rübü ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 106 cinayət işi başlanıb və 60 iş üzrə ibtidai istintaq tamamlanıb. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ibtidai istintaqı tamamlanmış cinayət işlərindən 10 nəfər barəsində 4 cinayət işi, o cümlədən vergiləri ödəməkdən yayınmaya görə 1 iş, qanunsuz sahibkarlığa görə 2 iş, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməyə və vəzifə saxtakarlığına görə 1 iş baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 40 cinayət işinə xitam verilib. Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 3 nəfər şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 65 şəxsin məcburi qaydada gətirilməsi, 53 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 25 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.
Vergi yoxlamalarından yayınan 32 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim edilib. Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28