Təbii qazın alğı-satqısı və tranziti ilə bağlı Türkiyə-Azərbaycan danışıqları olub
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, müzakirələrdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız iştirak ediblər.
Müzakirələrin yekununa dair keçirilən mətbuat konfransında Natiq Əliyev bildirib ki, iki ölkə arasında imzalanacaq sənədlər Azərbaycan təbii qazının Avropaya nəqli və Türkiyəyə satışı şərtlərini müəyyən edəcək. Bu sazişlər iki ölkənin şirkətləri ilə yanaşı, beynəlxalq şirkətlər üçün də vacibdir. Tərəflər bu sənədlər üzərində işi tamamladıqdan sonra imzalanma mərasimi keçiriləcək.
Öz növbəsində Taner Yldız bildirib ki, görüşdə təbii qaz satışı və tranziti üzrə 5 məsələ müzakirə olunub. “Şahdəniz-2” təbii qazının Avropaya nəqli məsələsində razılaşma əldə edilib. İki ölkə arasında imzalanacaq sazişin tranzit şərtlərinin təkmilləşdirilməsi üçün işlər davam edəcək. İşçi qruplar “Nabucco” və digər layihələr üzrə Avropaya 10 milyard kubmetr təbii qaz nəqli və 6 milyard kubmetr qazın Türkiyənin daxili tələbatı üçün idxal edilməsinə dair keçən il imzalanmış sənədin davamı olacaq bir saziş üzərində işi davam etdirirlər. Təkcə tranzit məsələləri ilə bağlı sənədlər 130 səhifədən ibarətdir. Bütün bunlar iki həftədə yekunlaşa bilər.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28