
ARDNŞ-in İnsan Resursları Departamentinə rəis təyin olundu
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Asif Bəkirov bundan əvvəl şirkətin Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin rəisi olub. Uçot və işçilərlə əlaqələr, Təlim və inkişaf və İşə qəbul və yerləşdirmə şöbələrindən ibarət departament insan resurslarının vahid mərkəzdən və peşəkar səviyyədə idarə olunmasını həyata keçirəcək. Artıq xəbər verildiyi kimi, yeni departament şirkətə daxil olan idarə və müəssisələrdə kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə, insan resurslarının idarə edilməsi üzrə işlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Yaxın gələcəkdə ARDNŞ-də vakant yerlər üzrə işə qəbulun elan olunması və iddiaçıların imtahan edilərək seçilməsi “İnsan resursları departamenti” tərəfindən həyata keçiriləcək.
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28