“Embawood” yeni loqotipini təqdim etdi
Lent.az-ın məlumatına görə, yeni loqotip son illərdə şirkətin apardığı islahatları və müştəri yönümlü strategiyanı özündə birləşdirir. “Embawood”un baş direktoru Elşad Abbasov deyib ki, 2010-cu ildə “Embawood” Alman konsaltinq şirkəti ilə birgə mahiyyət baxımından yeni keyfiyyət sistemi layihəsini həyata keçirib. Layihə çərçivəsində istehsal prosesinin hər bir mərhələsinə tətbiq edilmiş xüsusi nəzarət sistemi vasitəsilə uyğunsuzluqların sıfıra endirilməsinə nail olunub. Bu layihə ilə paralel satış şəbəkəsini yeniləyən şirkət istehlakçılarına konseptual baxımından yeniliklər təqdim edir. Artıq “Embawood” mağazalarında yalnız mebel deyil, hazır ev mülkü də əldə etmək mümkündür.
2008-ci ildən etibarən şirkət dizayn sahəsinə böyük sərmayə qoyuluşları edib. Elşad Abbasov qeyd edib ki, bu istiqamətdə atdıqları addımların, qoyulmuş investisiyaların hədəfi “Embawood” şirkətinin dünya mebel brendlərinin Azərbaycandakı təbliğatçısına çevirməkdir: “2011-ci il mebel kolleksiyamız məhz bu tələblərə tam cavab verir”.
“Embawood” brendinin yeni loqotipi üçün dizayn edilmiş şrift və bütövlükdə vizual obraz şirkətin ümumi ab-havasının, müasir düşüncə tərzinin təzahürüdür. Loqotipin “Emba” hissəsinin rəng baxımından dəyişməməsi şirkətin adət-ənənələrinə sadiq qalmasının simvoludur. “Wood” sözü isə şirkətin fəaliyyət göstərdiyi kateqoriyanı əks etdirir. Loqotipdə istifadə edilmiş yarpaq şirkətin insan sağlamlığına verdiyi dəyər, ekoloji cəhətdən təmiz məhsul istehsal etmək prinsipinin göstəricisi olaraq istifadə edilib. Brendin yenilənmiş xarici görünüşü ilə şirkət Azərbaycan bazarında müştərilərin məmnuniyyətini artırmağı, həmçinin Azərbaycan mebelini xarici ölkələrdə daha geniş istehlakçı kütləsinə tanıtmağı qarşısına hədəf qoyub.
Qeyd edək ki, “Embawood” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Bazarda olduğu 15 il ərzində mağazalar şəbəkəsi 10 ölkədə, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Türkiyədə fəaliyyət göstərir. Əlavə olaraq, Qazaxıstan və Gürcüstanda regional nümayəndəlikləri var. Azərbaycanda 60, Qazaxıstanda 25, Gürcüstanda 17 mağaza, dünyanın digər ölkələrində də “Embawood” şirkətinə məxsus satış nöqtələri var. Eyni zamanda 2010-cu ildən Azərbaycan bazarında şirkətin “Madeyra” adlı ikinci brendlə fəaliyyət göstərən 50-dən çox mağazası fəaliyyət göstərir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28