ARDNŞ-də yeni departament yaradıldı
ARDNŞ-in Baş Ofisində İnsan Resursları Departamenti yaradılıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, departament “Üçot və işçilərlə əlaqələr”, “Təlim və inkişaf” və “İşə qəbul və yerləşdirmə” şöbələrindən ibarətdir.
Yeni yaradılmış departament insan resurslarının idarə edilməsi üzrə işlərin vahid mərkəzdən və peşəkar səviyyədə idarə olunmasını həyata keçirəcək. Müvafiq struktura malik olan yeni departamentin yaradılması şirkətin idarə və müəssisələrində bu sahədə fəaliyyətin optimal tənzimlənməsinə yönələn ümumi norma, tələb və qaydaları müəyyən edən standart sənədlərin işlənməsində, qəbul edilməsində və tətbiq olunmasında operativliyi təmin edəcək, ümumiyyətlə, insan resursları üzrə fəaliyyətin təkmilləşdirilməsinə xidmət göstərəcək.
Artıq departamentin şöbələrinə ilk təyinatlar olub. ARDNŞ-nin Təqaüd Proqramının ilk iştirakçılarından olmuş Oksford Universitetinin magistri Tural Əliyev “Təlim və inkişaf” şöbəsinin, Oklahoma Universitetinin magistri Teymur Mahmudov isə “İşə qəbul və yerləşdirmə” şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28