Kulevi terminalı “Afromaks” sinfinə aid ilk tankeri qəbul edib
02 oktyabr 2009 12:45 (UTC +04:00)

Kulevi terminalı “Afromaks” sinfinə aid ilk tankeri qəbul edib

Bu vaxtadək terminal yalnız çəkisi 40 min tondan artıq olmayan tankerləri qəbul edə bilib.

Sentyabrın 30-da ARDNŞ-nin neft və neft məhsullarının dünya bazarına çıxarıldığı Kulevi Qara Dəniz Terminalı “Afromaks” sinfinə aid ilk tankeri qəbul edib.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ikigünlük küləkli havadan sonra 106 min tonluq “Aegean Freedom” tankeri terminala daxil olub.
Təxminən 16-18 metr dərinlikdə aparılmış işlər nəticəsində iri həcmli tankerlərin hərəkətinin təmin edilməsi üçün Qara dəniz terminalının balansında olan kanalların dibi təmizlənmiş və onların dərinləşdirilməsi uğurla həyata keçirilib.
Elə bunun da nəticəsidir ki, Yunanıstanın “Arcadia Ship management CO. Ltd” şirkətinə məxsus uzunluğu 244 metr, eni 42 metr olan “Aegean Freedom” tankerini Kulevi terminalında qəbul etmək mümkün olub.
Bu vaxtadək terminal yalnız “Panamaks” sinfinə aid, çəkisi 40 min tondan artıq olmayan tankerləri qəbul edə bilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar