Regionlarda taxıl anbarları tikiləcək
03 sentyabr 2009 20:00 (UTC +04:00)

Regionlarda taxıl anbarları tikiləcək

Sahibkarların hökumətə təqdim etdiyi təkliflər paketində ölkə üzrə 26 belə anbar-kompleksin inşası nəzərdə tutulur

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) regionlarda soyuducu anbar komplekslərinin inşasından sonra taxıl anbarlarının da tikintisini də maliyyələşdirmək qərarına gəlib. Artıq bununla investisiya layihələrinin qəbulu prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, SKMF-a Aran iqtisadi rayonundan 12, Dağlıq Şirvan iqtisadi rayonundan 2, Gəncə-Qazax iqtisadi rayonundan 3, Lənkərandan 2, Şəki-Zaqatala iqtisadi rayonundan 4, Yuxarı Qarabağdan isə 3 təklif olmaqla ümumilikdə 26 təklif təqdim olunub. Taxıl anbarları ilə bağlı layihələr maliyyələşdirilən zaman ehtiyac olduğu halda, anbarların yanında əlavə çörək kombinatlarının, yem dəyirmanlarının yaradılması üçün güzəştli kreditlər ayrılacaq.

Xatırladaq ki, taxıl anbarlarının tikintisi ilə bağlı güzəştli qaydada maliyyələşdiriləcək layihələr sentyabrın 17-də açıqlanacaq. İnvestisiya layihələrinin ən azı 30 faizini sahibkarların vəsaitləri, qalan hissəsi isə SKMF-in güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088

Oxşar yazılar