Azərbaycan pilotsuz uçan aparatların istehsalına başlayır
03 sentyabr 2009 18:00 (UTC +04:00)

Azərbaycan pilotsuz uçan aparatların istehsalına başlayır

Azərbaycan gələn ilin ortalarından pilotsuz uçan aparatların ilk nümunələrinin istehsalına başlamağı planlaşdırır. Artıq pilotsuz aparatların istehsalı ilə hazırlıq işləri yekunlaşmaq üzərədir. Bu barədə Lent.az-a Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun adının çəkilməsini istəməyən əməkdaşı bildirib.

İlk mərhələdə İsraillin İsrael Aerospace İndustries şirkəti ilə birlikdə əsasən Azərbaycan Silahlı Qüvvələrinin sifarişi əsasında açıqlanmayan sayda orta ölçülü pilotsuz uçan aparatların istehsalı nəzərdə tutulur. Əslində 90% İsrail texnologiyaları əsasında Bakıda yığılacaq bu aparatların bəzi elektrooptik sistemləri Azərbaycanın müəssisələrində istehsal olunacaq.

Gələcək perspektivdə isə Azərbaycan mütəxəssislərinin iştirakı ilə yaradılan pilotsuz uçan aparatların və insansız sualtı aparatların istehsalının həyata keçirilməsi planlaşdırılır.

“Defence İndustry” dərgisi isə Azərbaycanın İsraillə birlikdə pilotsuz kəşfiyyat aparatları ilə yanaşı pilotsuz, üzəri kiçik raketlərlə silahlandırılmış aparatların da istehsalının gerçəkləşdirmək niyyətində olduğunu yazıb. Dərginin yazdığına görə, bu aparatların üçüncü ölkələrə satışı və marketinqi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında İsrail istehsalı olan 15-ə yaxın pilotsuz uçan aparatlar var.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907

Oxşar yazılar