Ərzaq buğdasının keyfiyyəti yoxlanır
05 oktyabr 2010 18:31 (UTC +04:00)

Ərzaq buğdasının keyfiyyəti yoxlanır

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlamalar zamanı iri taxılçılıq subyektlərinin anbarında olan ərzaq buğdasından və undan nümunələr götürülərək sınaq laboratoriyasında qiymətləndirilir. Sentyabr ayında həmin buğdadan istehsal edilmiş undan götürülən nümunələrin müayinəsi nəticəsində anbarlarda olan buğdaların keyfiyyət göstəricilərinin 3-cü sinif buğda üçün müəyyən edilmiş göstəricilərə uyğun olduğu, xəstəliklərlə və zərərvericilərlə yoluxma hallarının olmadığı müəyyənləşib.

Laborator müayinələr nəticəsində həmçinin, bu subyektlərin anbarlarında olan unun keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Elxan SALAHOV
# 726

Oxşar yazılar