Zidan “Real”a  qayıtmayacaq   - SƏBƏB
29 yanvar 2023 14:49 (UTC +04:00)

Zidan “Real”a qayıtmayacaq - SƏBƏB

Fransalı baş məşqçi Zinəddin Zidanın "Real"a qayıtmamasının səbəbi məlum olub.

Lent.az bildirir ki, xarici mətbuatın yazdığına görə, o, Florentino Peresin prezidenti olduğu müddətdə Madrid klubunda işləməyi planlaşdırmır. Zidanın funksionerlə münasibətləri gərgindir.

Qeyd olunur ki, Zinəddin "Real” qayıtmaq istəyərdi, lakin o, başqa yerdə iş axtarmalı olacaq.

Xatırladaq ki, Zidanın rəhbərliyi altında klub üç dəfə Çempionlar Liqasının, iki dəfə isə İspaniya çempionatının qalibi olub. Fransız mütəxəssis başqa heç bir komandanın baş məşqçisi işləməyib.


 

# 1911
avatar

Oxşar yazılar