Yurgen Klopp onu “Liverpul”da görmək istəyir
29 iyun 2022 13:22 (UTC +04:00)

Yurgen Klopp onu “Liverpul”da görmək istəyir

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Dortmund “Borussiya”sı və İngiltərə millisinin yarımmüdafiəçisi Jude Bellinqhemin komandaya qoşulmasını istəyir. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ingilis klubu 18 yaşlı futbolçu üçün 100 milyon avro təklif etmək niyyətindədir.

Jude Bellinqhem

Bellinqhem keçən yay “Birmingem Siti”dən 23 milyon avroya “Borussiya”ya transfer olub.

Ötən mövsüm o, "Borussiya"nın heyətində bütün turnirlərdə 43 oyun keçirib, 6 qol vurub və 13 məhsuldar ötürmə edib.

Onun alman klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.


 

# 1662
avatar

Oxşar yazılar