Xavi “İnter”lə oyunun hakimlərinə  qəzəblənib
05 oktyabr 2022 15:29 (UTC +04:00)

Xavi “İnter”lə oyunun hakimlərinə qəzəblənib

Xavi "Barselona"nın "İnter"lə səfərdə gözlənilmədən uduzduğu Çempionlar Liqası oyununda baş hakimin işindən narazı qalıb. Xatırladaq ki, qarşılaşma 1:0 hesabı ilə Milan klubunun xeyrinə başa çatıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, lakin kataloniyalıların çalışdırıcısının sözlərinə görə, baş hakim Slavko Vinçiç Denzel Dumfrin mümkün əllə oyununa görə oyunun sonunda penalti təyin etməyib və təmiz qolu saymayıb.

Oyundan sonra Xavi komandasını hesabda dəyişiklik imkanından məhrum edən hakimi tənqid atəşinə tutub.

"Sayılmayan qolumuz və "İnter"in qapısına təyin edilməyən penalti ilə bağlı vəziyyət məni qəzəbləndirdi. Biz heç nə başa düşmürük. Hakimlər danışıb qərarlarını izah etməlidirlər, çünki biz heç nə başa düşmürük. Amma hakim gedir və heç nə olmur. Bu, böyük ədalətsizlikdir.

Çalhanoğlunun qoluna gəlincə, onun uzaq məsafədən zərbələrinin təhlükəsini bilirdik, amma yenə də bundan qaça bilmədik.

Biz çətin vəziyyətdəyik. Qarşıda üç oyun var. Biz daha yaxşı oynamalıyıq”, - Xavi oyundan sonra mətbuat konfransında deyib.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda komandalar yenidən üz-üzə gələcək. Görüş bir həftə sonra, oktyabrın 12-də “Kamp Nou”da baş tutacaq.


 

# 1995
avatar

Oxşar yazılar