Üçüncü dəfə bu kluba baş məşqçi təyin olundu
30 iyun 2022 19:26 (UTC +04:00)

Üçüncü dəfə bu kluba baş məşqçi təyin olundu

 

“Atletik”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bilbao təmsilçisi Ernesto Valverdeni bu posta gətirdiyini açıqlayıb.

Ancaq 58 yaşlı ispaniyalı ilə müqavilənin müddəti barədə məlumat verilməyib. Bununla Valverde 3-cü dəfə “Atletik”i çalışdırmaq imkanı əldə edib. O, 2003-2005 və 2013-2017-ci illərdə də La Liqa təmsilçisinin sükanı arxasında olub. Valverde “Atletik”i ən çox oyuna çıxaran baş məşqçi rekorduna da sahibdir (306 görüş).

Qeyd edək ki, Ernesto Valverde 1990-1996-cı illərdə futbolçu kimi “Atletik”in formasını geyinib.

# 1680
avatar

Oxşar yazılar