Tarix yenidən yazıldı: Dünyanın  ən qocaman klubu   oldu
21 iyun 2022 17:47 (UTC +04:00)

Tarix yenidən yazıldı: Dünyanın ən qocaman klubu oldu

Londonun futbol klubu “Kristal Pelas” yaranma ilini 1905-ci ildən 1861-ci ilə dəyişib. 

Lent.az xarici mediaya istinadla bildireir ki, bu, tarixçilər arxivləri diqqətlə araşdırdıqdan və komanda ilə bağlı bütün sənədləri axtardıqdan sonra baş verib.

Klub tarixçisi Peter Menninq izah edir ki, 1905-ci ildə peşəkar futbol komandası yaranıb, lakin əvvəlcə həvəskar komanda olub. Onu 1861-ci ildə kriket klubunun üzvləri yaradıb.

Təsis ilinin dəyişməsi sayəsində “Kristal Pelas” dünyanın ən qocaman futbol klubu olub. Amma hələ ki rəsmi deyil, İngiltərə Futbol Assosiasiyasının (FA) təsdiqinə ehtiyac var.

Hazırda FA 1857-ci ildə əsası qoyulmuş “Şeffild”i planetin ən qocaman klubu hesab edir. Amma qeyri-peşəkarlar liqasında oynayır.

Peşəkar səviyyədə oynayan ən qədim klub isə 1862-ci ildə meydana çıxan “Notts Kounti”dir.
 

# 1458
avatar

Oxşar yazılar