Ronaldonun 2 milyonluq maşını qəzaya uğradı
21 iyun 2022 12:26 (UTC +04:00)

Ronaldonun 2 milyonluq maşını qəzaya uğradı

Mayorka polisi adada “Bugatti Veyron” markalı avtomobilin zədələndiyi qəzanı qeydə alıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, maşın “Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya məxsusdur. 

Polisin məlumatına görə, 2 milyon avroluq avtomobili idarə edən futbolçunun özü olmayıb. Sürücü idarəetməni itirərək yaşayış kompleksinin divarına çırpılıb. Qəzaya başqa avtomobillər qəzada iştirak etməyib.

“Bugatti”nin ön hissəsi əzilin, sürücü yüngül xəsarətlərlə xilas olub və istintaqla əməkdaşlıq edir. Başqa heç kim zərər görməyib.

# 1941
avatar

Oxşar yazılar