“Real” Bruno Fernandeşlə  maraqlanır
01 dekabr 2022 19:59 (UTC +04:00)

“Real” Bruno Fernandeşlə maraqlanır

"Mançester Yunayted"in və Portuqaliya yığmasının hücumçusu Bruno Fernandeş "Real"ın hədəfinə düşüb.

Lent.az bildirir ki, bu barədə İngiltərə mətbuatı xəbər verir.

Mənbənin məlumatına görə, kral klubunun rəhbərliyi artıq qış transfer pəncərəsində və ya 2022/23 mövsümü başa çatdıqdan sonra “Mançester Yunayted”ə transfer təklifi etmək niyyətindədir.

Fernandeşin "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Futbolçunun transfer qiyməti 75 milyon avro qiymətləndirilir.


 

# 1323
avatar

Oxşar yazılar