Qol vuran futbolçu  meydandan qovuldu
03 dekabr 2022 03:21 (UTC +04:00)

Qol vuran futbolçu meydandan qovuldu

Kamerun yığmasının hücumçusu Vensan Əbubəkr Zinəddin Zidandan sonra dünya çempionatında qol vurub, qırmızı vərəqə alan ikinci futbolçu olub.

Lent.az Apasport.Az saytına istinadən xəbər verir ki, Braziliyaya əlavə vaxtda qələbə qolunu vuran Kamerun millisinin kapitanı sevincini qeyd edərkən formasını çıxardığı üçün 2-ci sarı vərəqə ilə meydandan qovulub.

Xatırladaq ki, Fransa millisinin futbolçusu Zinəddin Zidan DÇ-2006-da İtaliya ilə final görüşündə 7-ci dəqiqədə penaltidən qol vursa da, onun valideynini təhqir edən rəqib müdafiəçi Marko Materatsinin sinəsinə baş zərbəsi endirdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.

# 4104
avatar

Oxşar yazılar