Qalmaqal:  “Barselona”nın əfsanəsi fırıldaqçılıqda  şübhəli bilinir
12 noyabr 2025 10:33 (UTC +04:00)

Qalmaqal: “Barselona”nın əfsanəsi fırıldaqçılıqda şübhəli bilinir

0

"Barselona"nın əfsanəvi oyunçusu investorların xeyli məbləğdə pul itirməsinə səbəb olan fırıldaqçılıqda şübhəli bilinir.

"Barselona"nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta qalmaqalın mərkəzindədir. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Peru prokurorluğu dünya və Avropa çempionuna qarşı fırıldaqçılıq ittihamları irəli sürüb.

Əfsanəvi oyunçu İnyestanın şirkəti olan "Never Say Never" və onun Cənubi Amerikadakı törəmə şirkətinin iştirak etdiyi maliyyə fırıldaqçılığı sxemində mümkün iştirakı ilə bağlı istintaq altında olduğu bildirilir. Onlar müxtəlif tədbirlərin təşkili üçün vəsait toplamışdılar.

Onların əsas fəaliyyəti Peru investorlarının maliyyələşdirdiyi idman və musiqi şoularına ev sahibliyi etmək olub. Bəziləri heç vaxt baş tutmayıb. İnyestanın adı qarantiya kimi istifadə edilib, buna görə də aldadılmış investorlar məhkəməyə müraciət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar