Dursun Özbək
11 iyun 2022 22:17 (UTC +04:00)

Dursun Özbək

“Qalatasaray”ın yeni prezidenti odur

“Qalatasaray” klubunda yeni prezident məlum olub.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, bu gün Türkiyə təmsilçisində seçkilər keçirilib.

Eşref Hamamcıoğlu ilə sabiq prezident Dursun Özbək arasında keçən mübarizədən ikinci qalib ayrılıb. Rəqibini az səslə qabaqlayan Özbək yenidən “sarı-qırmızılılar”ın rəhbəri seçilib.

Qeyd edək ki, Dursun Özbək 2015-2018-ci illərdə “Qalatasaray” prezidenti olub.

# 2085
avatar

Oxşar yazılar