PSJ onun üçün  70 milyon   ödəməyə hazırdır
19 may 2022 16:30 (UTC +04:00)

PSJ onun üçün 70 milyon ödəməyə hazırdır

Fransa çempionu PSJ “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leaunun xidmətində maraqlıdır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Paris klubu 22 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır. "Milan" isə futbolçu üçün 100 milyon avro almaq istəyir.

Rafael Leaunun İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. O, ildə 1,5 milyon avro alır. "Milan" portuqaliyalıya illik 4,5 milyon avro maaşla yeni müqavilə təklif etməyə hazırdır.

Leau bu mövsüm "Milan"ın heyətində 41 oyuna çıxıb, 14 qol vurub və 8 məhsuldar ötürmə edib.

# 1644
avatar

Oxşar yazılar