PSJ hücumçusunu  transferə çıxardı
09 iyun 2022 00:58 (UTC +04:00)

PSJ hücumçusunu transferə çıxardı

PSJ daha bir futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Lent.azApasport.az saytına istinadən xəbər verir ki, Paris klubu Anxel Di Mariyanın gedişindən sonra digər argentinalı Mauro İkardini satmaq istəyir.

İkardi bir müddət əvvəl Paris klubunun ən dəyərli oyunçusu olduğunu açıqlamışdı ki, onun bu sözləri rəhbərliyin ürəyincə olmayıb. Bu səbəbdən Fransa çempionu 29 yaşlı hücumçunu transferə çıxarıb.

Qeyd edək ki, ötən mövsüm 30 oyunda cəmi 5 qol vuran Mauro İkardinin PSJ ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

# 1776
avatar

Oxşar yazılar